Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva oktyabrın 26-da Fransanın Strasburq
Universitetinin prezidenti Alen Beretz ilə görüşüb.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Mehriban Əliyeva son illər ölkələrimiz
arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı,
humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən
məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata
keçirildiyini vurğulayıb. Ölkələrimiz arasında təhsil,
mədəniyyət və elm sahələrində reallaşdırılan
layihələrdən danışan Mehriban Əliyeva bildirib ki, bütün
bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha
da möhkəmlənməsinə xidmət edir. Birinci xanım Mehriban
Əliyeva Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü
ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağını,
artıq bu layihə üzrə konkret addımların atıldığını
diqqətə çatdırıb.
Strasburq Universitetinin prezidenti Alen Beretz
Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə
töhfə olacağına əminliyini ifadə edib. Görüşə görə
təşəkkürünü bildirən Alen Beretz Azərbaycanda Fransa ali
məktəbinin yaradılması layihəsinin əhəmiyyətindən
danışıb.
AZƏRTAC |