AFFA-nın inzibati binasında Uşaq və Gənclər üzrə
Yarışların Təşkili və Marketinq və Reklamlar şöbələrinin
əməkdaşları Təhsil Nazirliyinin və “Coca Coca Bottlers
Azerbaijan” şirkətinin nümayəndələri ilə görüşüblər.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə futbol üzrə
“Coca-Cola Məktəbli Kuboku” turnirinin 2015-2016-cı il
mövsümünün keçirilmə tarixləri və tərəflərin üzərinə
düşən öhdəliklər müzakirə edilib. |