Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Sərbəst güləşçilərimiz Xasavyurtda 1 gümüş və 2 bürünc medal qazanıb

 

Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 2 bürünc medala sahib olub.

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Roman Bəkirov (97 kq) finala qədər inamlı güləşib. İlk görüşdə Rusiyadan Tamerlan Rasuevi 7:6, ardınca Məhəmmədrəsul Qazıməhəmmədovu 9:3, yarımfinalda ABŞ təmsilçisi Dastin Kilqoru tam üstünlüklə məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq finalda Rusiya güləşçisi Axmed Bataevə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.

97 kq-da mübarizə aparan digər təmsilçimiz Aslanbek Alborov isə, ilk görüşdə ABŞ-dan Vinn Mixalak (6:3), ardınca Qazaxıstan təmsilçisi Mamed İbrahimov (2:0), Rusiyadan Zaynula Kurbanov (5:3) üzərində qələbə qazanıb. Ancaq yarımfinalda digər Rusiya təmsilçisi Axmed Bataevə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə daha bir Rusiya təmsilçisini Azret Şoqenovu 7:3 üstələyən Aslanbek Alborov turnirin bürünc medalına sahib olub.

86 kq-da mübarizə aparan Hacımurad Məhəmmədsəidov ilk görüşdə Qazaxıstandan Nurali Baymuratovu tam üstünlüklə məğlub etsə də, Rusiyadan Zəlimxan Minkailova uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Qazaxıstandan Kanat Berdıev və Azamat Dauletbekovu üstələyən Hacımurad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Polşa təmsilçisi Sebastian Jezirjanskini də məğlub edən təmsilçimiz turnirin bürünc medalına sahib olub. 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov