Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

“BAKU OPEN - 2015” beynəlxalq şahmat festivalının turnirləri keçirilib

 

Böyütmək üçün seçinBakının Novxanı qəsəbəsində yerləşən “AF HOTEL”də Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN - 2015” beynəlxalq şahmat festivalının “A” və “B” turnirləri keçirilib.

Yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. “A” turnirində 52 nəfər, “B” turnirində isə 147 nəfər iştirak etmişdir. Yarışlarda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, İran, Əfqanıstan, Avstriya, Belarus, Hindistan, Rusiya, Ukrayna və Venesuela idmançıları da təmsil olunublar.

“A” turnirində I yeri Qaem Mahami Ehsan (İran), II yeri Nicat Abbasov, III yeri Başharan Adhiban, “B” turnirində I yeri Rəşad Zeynallı, II yeri Toğrul Həsənzadə, III yeri Şəhriyar Həsənov tutmuşlar. Sonda qaliblər Azərbaycan Şahmat Federasiyası tərəfindən pul mükafatları və kubokla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov