Azərbaycanda
ilk dəfə olaraq kempo döyüş növü üzrə Avrasiya
çempionatı keçirilib. Çempionatda 21 komandanın
heyətində 183 idmançı qüvvəsini sınayıb. Azərbaycan
kempoçuları ilə yanaşı, Əfqanıstan, Rusiya, İran və
digər ölkələrdən idmançılar da turnirdə mübarizə
aparıblar.
AZƏRTAC xəbər verir ki, çempionatda Pirallahı rayonunun
“Kempo” komandası da bir neçə idmançı ilə təmsil olunub.
İki gün davam edən gərgin idman mübarizəsinin
nəticəsində Seymur Yusibov full-kontakt versiyası üzrə
çempion olub. O, submission versiyası üzrə isə fəxri
kürsünün ikinci pilləsinə yüksəlib. Gənc idmançı Rauf
Hüseynov da etimadı doğruldaraq 15-17 yaşlı atletlərin
qrupunda çempion adını qazanıb. Murad Yaqubov isə ikinci
yeri tutub.
Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ)
və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının
dəstəyi, “Toğrul” idman klubunun təşkilatçılığı ilə
“Şağan” Olimpiya İdman Kompleksində keçirilib. |