Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Gənclərin Beynəlxalq Sülh Gününün təsisçisi ilə onlayn görüşü

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) oktyabrın 20-də Beynəlxalq Sülh Gününün təsisçisi, “Peace One Day” Təşkilatının rəhbəri Ceremi Gilley ilə onlayn görüş keçirib.

AGAT-dan AZƏRTAC-a bildiriblər ki, “Skype” vasitəsilə keçirilən görüşdə ölkəmizdəki milli icmaların gənclər təşkilatlarının əlaqələndirmə şurasının üzvləri də iştirak ediblər.

AGAT-ın sədri Nərgiz Xələf hər iki təşkilatın əməkdaşlığa başladığı iki il ərzində görülən işlərə dair videotəqdimatla çıxış edib.

Beynəlxalq Sülh Gününün təsisçisi Ceremi Gilley əməkdaşlıq çərçivəsində görülən işlərdən məmnunluğunu bildirib. O, Azərbaycan gəncləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayaraq dünyada sülhün qorunması üçün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov