“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Unutma!”
- gənclər üçün Qarabağ dərsləri” layihəsinə yekun
vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə
çərçivəsində Bərdə, Ağcabədi və Göyçay rayonlarında
keçirilən tədbirlərdə gənclərə Qarabağın tarixi,
görkəmli şəxsiyyətləri, tarixi-mədəni abidələri, eləcə
də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş
etdirilib. Gənclərin sosial şəbəkələr vasitəsilə
Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması işinə töhfə verdikləri diqqətə çatdırılıb.
Layihə çərçivəsində həmin rayonların gənclər və idman
idarələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub,
istedadlı gənclərdən ibarət “Tariximizi sevək”
istedadlar klubları yaradılıb. Həmçinin layihə
iştirakçılarına Qarabağın tarixinə dair təbliğat
vasitələri paylanıb. |