Universitetdən AZƏRTAC-a bildirilib ki, yarışda qələbə
uğrunda Xəzər Universitetinin humanitar və sosial
elmlər, təhsil, iqtisadiyyat və menecment, mühəndislik
və tətbiqi elmlər fakültələrinin və bu ali təhsil
ocağının “Dünya” Məktəbinin 16 komandası mübarizə
aparıb. Üç mərhələdən ibarət yarışda ən yüksək yerləri
universitetin humanitar və sosial elmlər fakültəsinin
komandaları qazanıb. Dördüncü və beşinci yerlərə isə
mühəndislik və tətbiqi elmlər fakültəsinin komandaları
sahib olublar.
Qaliblərə diplom və pul mükafatları təqdim edilib. |