Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Sumqayıt Dövlət Universiteti əlilliyi olan şəxslərin ali təhsil müəssisələrinə inteqrasiyasına dəstək verir

 

Böyütmək üçün seçinOktyabrın 20-də SDU-da TEMPUS layihəsi üzrə Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda təlim öz işinə başladı.

Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov qonaqları salamladı və qeyd etdi ki, oktyabrın 14-15-də təlimin başlanğıcı olaraq Azərbaycan Respublikasının ali məktəblərində İnklüziv təhsil mərkəzlərinin yaradılması ilə əlaqədar onlayn təlim keçirilmişdir. Təlimdə Beynəlxalq Əməkdaşlıq şöbəsinin nümayəndələri, tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Ehtiram Zeynalov iştirak etmişdir. Layihənin əsas məqsədi haqqında məlumat verən dosent bildirdi ki, əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üçün dəstək siyasətini və mexanizmlərini ən yaxşı Avropa təcrübəsi ilə inkişaf etdirməkdir. Layihənin yerli tərəfdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Əlil Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa partnyorları isə Qraz Universiteti (Avstriya), Makedoniya Universiteti (Yunanıstan), Lodz Universiteti (Polşa) və Avropa İnsan Hüquqları Məsləhətxanasıdır.

Tədbirdə Xəzər Universitetinin layihə üzrə koordinatoru Rima Məmmədova layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdi.

Yerli və Avropa tərəfdaşlarının nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə Qraz Universiteti “Əliliyi olan tələbələrə dəstək texnologiyaları”, Lodz Universiteti isə “Əliliyi olan tələbələrə dəstək mərkəzinin rolu” mövzularında təqdimat keçirdi. Xüsusi olaraq əlil tələbələrlə necə işləmək prinsipləri aşılandı.

Təlimdə mövzu ətrafında maraqlı suallar səsləndirildi və fikir mübadiləsi aparıldı.

Onu da qeyd edək ki, təlimin sonunda fəal iştirakçılara Avropa Universitetləri və Xəzər Universitetinin birgə sertifikatı təqdim edilib. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov