Bakıdakı 108 nömrəli tam orta məktəbdə Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan
tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət himninin
səsləndirilməsi ilə başladı. Məktəbin 4 ç sinfinin
rəhbəri Əzət Balayevanın təşkilatçılığı ilə hazırlanan
tədbiri aparıcılar Polad Xudaşzadə və Məşədixanım
Sadıqova açaraq Azərbaycanın 97 il əvvəl, 1918-ci ildə
ilk dəfə müstəqillik əldə etməsindən, lakin cəmi 23 ay
yaşamasından danışdılar. 1991-ci ilin oktyabrında
yenidən müstəqillik qazanan respublikamız çətin və
kəşməkeşli yollar keçmişdir. Qeyd olundu ki, ümummilli
lider Heydər Əliyev müstəqil Azərbaycanı iqtisadi
cəhətdən qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə
çevirdi. Ulu öndərin layiqli davamçısı Prezident İlham
Əliyev isə apardığı balanslaşdırılmış daxili və xarici
siyasət nəticəsində bu gün Azərbaycanı dünyanın ən
stabil, inkişaf etmiş dövlətlərindən birinə çevirmişdir.
Sonra 4 ç sinfinin şagirdləri Bənövşə Əliyeva,
Könül Məmmədova, Xəyal Abdullayev və başqalarının
ifasında Vətənə aid şeirlər səsləndi, mahnılar ifa
edildi. Şagirdlərin hazırladığı bədii hissə toplaşanlar
tərəfindən alqışlarla qarşılandı.
Məktəbin direktoru Narınc Mehdiyeva Azərbaycanın
müstəqilliyinin nə qədər çətin əldə etməsindən danışaraq
onu qorumağın da ikiqat çətin və məsuliyyətli olduğunu
xatırlatdı. Bildirdi ki, müstəqillik heç vaxt verilmir,
qazanılır. Onu qorumaq məqsədilə xarici bədxah
qüvvələrin ölkəmizə hücumlarının qarşısını almaq üçün
bəzən yüzlərlə, minlərlə şəhid verməli olursan.
H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal
Qədimov Dövlət Müstəqilliyi Günü münasibətilə şagirdləri
təbrik etdi, onlara Vətənin adını həmişə uca tutmağı,
göz bəbəyi kimi qorumağı arzuladı.
Sonda ümummilli lider Heydər Əliyevin nitqləri,
həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş
etdirildi.
Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta
məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |