Oktyabrın 23-də Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyində böyük
şair və dramaturqun anadan olmasının 133-cü ildönümü
münasibətilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin
tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransı
keçirilib. Konfransda AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli böyük şair və dramaturq Hüseyn
Cavidin həyat və yaradıcılığından, əsərlərinin
əhəmiyyətindən danışıb.
Bildirib ki, Hüseyn Cavid klassik Azərbaycan
ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən
sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi
romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid
sənəti janr və forma cəhətdən zəngindir. O, lirik
şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan
ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
Plenar iclasdan sonra bölmələr üzrə konfrans öz
işini davam etdirib. “Gənc nəslin mənəvi inkişafında
Hüseyn Cavid yaradıcılığının yeri və rolu”, “Hüseyn
Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni
nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin
ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid
ideyaları milli tərbiyəvi idealın reallaşdırılması
müstəvisində” və digər mövzularda məruzələr dinlənilib,
müzakirələr aparılıb.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi |