Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

İnstitutda əməkdaşlıq məsələləri müzakirə edilib

 

 Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu dünyanın 50-dən çox ali məktəbi və elmi-tədqiqat institutu ilə əməkdaşlıq edir. İnstitut 2014-cü ildə Litva Edukologiya Universiteti ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdır. Müqavilədə tərəflərin elmi-pedaqoji kadr potensialı, həmçinin maddi-texniki bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji kadrların və təhsil müəssisələrinin rəhbərlərinin ixtisaslarının artırılması, Azərbaycanda və Litvada beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin təşkili, yeni pedaqoji texnologiyaların tətbiqi, müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyi ilə təhsil layihələrinin reallaşdırılmasında birgə iştirak nəzərdə tutulmuşdur. Litva Edukologiya Universitetinin (LEU) Peşəkar Səriştəlilik İnstitutunun direktoru dr.Algimantas Sventickas rektor, professor Asəf Zamanovun dəvəti ilə BPKİYİ-də olub.

Professor Asəf Zamanov qonağı salamlayaraq müasir dünyada elm, təhsil və texnologiyanın xüsusi rolunu qeyd edib. İnstitutun elmi və elmi-təşkilati fəaliyyəti, beynəlxalq əlaqələri, təhsilin inkişafına xidmət edən tədbirlər və qazanılmış uğurlardan söz açıb. Görüşdə ixtisasartırma və yenidənhazırlanma proqramlarının həyata keçirilməsi mexanizmi, təhsildə prioritet istiqamətlər və əldə edilmiş nəticələr vurğulanıb, əlavə təhsil proqramları üzrə təşkil edilən kurslar, tədris prosesinin səmərəliliyi, müəllimlik peşəsinə olan maraq müzakirə mövzusu olub.  Gələcəkdə birgə keçiriləcək treninqlər və müəllim hazırlığı sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

A.Sventickas, öz növbəsində, Bakının gözəlliyindən, ölkəmizdə keçirilmiş I Avropa Oyunlarının möhtəşəm və əzəmətli təşkilindən danışıb.  Litvanın təhsil sistemi, rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb edilən mütəxəssislərin seçim forması, akkreditasiya və sertifikatlaşdırma prosesi, Avropa İttifaqının təhsil layihələrində iştirak formaları barədə ətraflı məlumat verib. Həmçinin, 2016-cı ildə BPKİYİ-nin təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda IV Beynəlxalq elmi konfransda təmsil etdiyi universitetin mütəxəssislərinin iştirakının vacibliyini vurğulayıb. Qonaq BPKİYİ-də aparılan əsaslı təmir işlərini də yüksək qiymətləndirib.

132-134 nömrəli təhsil kompleksinin müəllim və şagirdləri ilə görüş də maraqlı olub. Direktor Sara Xanlarova son illərdə tam orta məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verərək rəhbərlik etdiyi məktəbin uğurlarından söz açıb. Vilnüs və Bakı məktəbləri arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov