| 
						
						Təhsil naziri Mikayıl Cabbarov 28 oktyabr 2015-ci il 
						tarixində saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev 
						Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları 
						rəhbərlərinin 2015-ci ilin oktyabr ayında şəhər və 
						rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 
						Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon 
						sakinlərini qəbul edəcək. 
						
						Qəbula gəlmək istəyən vətəndaşlar 23, 26 və 27 oktyabr 
						2015-ci il tarixlərində Təhsil Nazirliyinin  Telefon  
						Məlumat  Mərkəzinin  146 nömrəli  telefonuna   
						(“Qaynar   xətt”   xidməti)  və  ya   
						http://edu.gov.az/az/contacts/request elektron poçt 
						ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. 
						
						Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, 
						qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən 
						ərizə ilə müraciət etsinlər. |