| 
						
						
						 Oktyabrın 
						22-də Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar 
						səfərdə olan təhsil naziri Mikayıl Cabbarov Nazarbayev 
						Universitetinin prezidenti Şiqeo Katsu ilə görüşüb. 
						
						Görüşdə universitetin prezidenti bu ali təhsil 
						müəssisəsinin innovativ xarakterli fəaliyyəti və gələcək 
						planları barədə ətraflı məlumat verib. 
						
						Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan 
						Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
						Strategiyası” üzrə aparılan təhsil islahatları barədə 
						məlumat verib. Bu proses çərçivəsində iki ölkə arasında 
						təcrübə mübadiləsinin həyata keçirilməsi, Nazarbayev 
						Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri 
						arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq 
						doğuran digər məsələlər müzakirə olunub. |