Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli
2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2015-ci ildə “Ən
yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim”
müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı
ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları
və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə
istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”
2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun
olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı
müəllim” müsabiqələri keçirilsin.
2. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim”
müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi
ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin
etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin sədri:
Firudin Qurbanov - Təhsil nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri:
Mətin Eynullayev - Təhsil Nazirliyi
aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Elnur Əliyev - İnformasiya şöbəsinin
müdiri
Aydın Əhmədov - Məktəbəqədər və ümumi
təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları
şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və
lisenziyalaşdırma şöbəsinin müdiri
Cəsarət Valehli - Qeyri hökümət
təşkilatları və kütləvi informasiya vasitələri ilə iş
sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri
İnstitutunun direktor müavini
3. Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə
daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada
ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq
olunsun (əlavə edilir).
4. Müsabiqələrin təşkili və keçirilməsi üzrə
ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların
hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası
sahəsində əlaqələndiricilik funksiyasının yerinə
yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və
ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə
edilsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavə ilə
birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını
və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 oktyabr 2015-ci il
№1008
Əlavə:
“Ən yaxşı ümumtəhsil məktəbi” və
“Ən yaxşı müəllim” müsabiqələrində iştirak üçün Təşkilat
Komitəsinə daxil olan sənədlərin ekspertizasını aparacaq
işçi qrupunun tərkibi |