Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 15 sentyabr Bilik günündə Bakıdakı 148 nömrəli
tam orta məktəbin açılış mərasimindəki proqram
xarakterli nitqində ümumi təhsilin inkişaf
istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi barədə irəli sürülmüş
vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə
bağlı Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq olunsun
(əlavə edilir).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil
müəssisələri:
2.1 Bu əmrin mahiyyəti və Fəaliyyət planı barədə
ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin
məlumatlandırılmasını təmin etsinlər.
2.2 Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin
yerinə yetirilməsi ilə bağlı təşkilati-pedaqoji işləri
vaxtında həyata keçirsinlər.
2.3 Fəaliyyət planının icrası barədə 2015-ci ilin dekabr,
2016-cı ilin aprel ayında Nazirliyə arayış təqdim
etsinlər.
3. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) və
Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev)
Fəaliyyət planındakı tədbirlərin yerinə yetirilməsini
nəzarətdə saxlamaqla yerli təhsili idarəetmə orqanlarına
əməli köməklik göstərsinlər, müəyyən edilmiş vaxtlarda
onların hesabatını dinləyib təkliflər hazırlasınlar.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə
birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını
və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 oktyabr 2015-ci il
№1010
Əlavə:
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin “Bilik günü”ndə Bakıdakı
148 nömrəli tam orta məktəbin açılış mərasimindəki
nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəaliyyət
planı |