Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

İnşa yazı müsabiqəsinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planının 8-ci bəndinin icrası məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. 2015-ci il oktyabr-dekabr ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.

2. Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə təşkil edilsin.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaratsınlar, müsabiqənin rayon (şəhər) mərhələsinin qalibləri (Naxçıvan MR-dən və Bakı şəhərindən 10 (on) nəfər, Gəncə və Sumqayıt şəhərlərindən 3 (üç) nəfər, digər rayon  və şəhərlərin, Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin hər birindən 1 (bir) nəfər) haqqında məlumatı (soyadı, adı, atasının adı, təhsil aldığı məktəb, sinif) 2015-ci il noyabr ayının 20-dək Təhsil Nazirliyinə göndərsinlər.

4. Müsabiqənin respublika mərhələsi dekabr ayının ikinci ongünlüyündə Bakı şəhərində keçirilsin. 

5. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) və Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) müsabiqənin respublika mərhələsinin iştirakçılarının inşa yazılarının yoxlanması və ölkə üzrə qaliblərin obyektiv seçilməsi məqsədilə mütəxəssislərdən ibarət komissiya təşkil etsinlər, yekun nəticələr barədə rəhbərliyə hesabat hazırlasınlar.

6. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif edilsinlər.

7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri

19 oktyabr 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov