* Oktyabrın 23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi
Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril
Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
* Ölkə başçısı İlham Əliyev oktyabrın 22-də
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri
Ramazan Abdulatipovu qəbul edib.
* Oktyabrın 22-də Prezident İlham Əliyev
Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti
Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya
Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.
* Oktyabrın 21-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası əməkdaşlarının bir
qrupunun orden və medalla təltif edilməsi, bir qrupuna
isə fəxri adların verilməsi haqqında sərəncamlar
imzalayıb.
* Oktyabrın 21-də Prezident İlham Əliyev
Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 20-də İran İslam Respublikasının Şərqi
Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
* Oktyabrın 20-də dövlət başçısı İlham Əliyev
Birləşmiş Ərəb Əmirliklərinin və İsveçrə
Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfirlərinin
etimadnamələrini qəbul edib.
* Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 19-da Gürcüstanın Baş nazirinin
müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini
qəbul edib.
* Oktyabrın 19-da dövlət başçısı İlham Əliyev
Kosta-Rika Respublikasının xarici işlər və etiqad
naziri Manuel Qonzales Sanzı qəbul edib.
* Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev oktyabrın 19-da sahibkarlıq fəaliyyətinin xüsusi
razılıq (lisenziya) tələb olunan növlərinin sayının
azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi
prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin
edilməsi haqqında fərman imzalayıb. |