Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Braziliyalı mütəxəssis “Neftçi”nin seleksiya xarakterli məşqini izləyib

 

Bakının “Neftçi” klubu 201 nömrəli tam orta məktəbin futbol meydançasında seleksiya xarakterli təlim-məşq təşkil edib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən aparılan məşqlərə Nizami rayonunun 201, 328, 227 və 312 nömrəli tam orta məktəblərində təhsil alan uşaqlar cəlb olunub.

Əvvəlcə iştirak üçün qeydiyyatdan keçmiş uşaqlar meydançada bacarıqlarını nümayiş etdiriblər. “Neftçi”nin idman direktoru Vəli Qasımovun rəhbərliyi ilə keçirilən seleksiya prosesində klubun mütəxəssisləri Bəxtiyar Musayev, Səmədağa Şıxlarov, eləcə də Futbol Akademiyasının məşqçiləri ümumilikdə 117 uşağın futbol bacarığını yoxlayıblar.

Seleksiya xarakterli məşqi “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovla yanaşı, Braziliyanın “Fluminense” klubunun Bakıda səfərdə olan nümayəndəsi Marselo Teşeyra da izləyib. Braziliyalı qonaq belə tədbirlərin təşkil olunmasının futbolun inkişafında mühüm rol oynadığını bildirib. O, Azərbaycanda futbola böyük marağın olduğunu qeyd edib.

İki saatdan artıq davam edən seleksiya xarakterli məşqin sonunda xatirə şəkli çəkdirilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov