Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Azərbaycan boksçusu Elvin Məmişzadə dünya çempionu adını qazanıb

 

Oktyabrın 15-də Azərbaycan boksçusu Elvin Məmişzadə Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatının qalibi adını qazanıb.

AZƏRTAC xəbər verir ki, millimizin üzvü, birinci Avropa Oyunlarının çempionu Elvin Məmişzadə (52 kq) həlledici qarşılaşmada kubalı boksçu Yosbani Veitia ilə gərgin keçən döyüşdə böyük üstünlüklə qalib gəlib. İdmançımızın şərəfinə Azərbaycanın Dövlət himni səsləndirilib, bayrağımız ucaldılıb.  Qeyd edək ki, E.Məmişzadə oktyabrın 12-də finala yüksələrək “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.

Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda mübarizə aparan digər boksçumuz, dünya və Avropa çempionu Albert Səlimov (60 kq) isə çempionatın gümüş medalına sahib olub.

Birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) yarışları bürünc medalla başa vurub. P.Bağırov yarımfinalda Qazaxıstan nümayəndəsi Daniyar Yeleusinova uduzsa da, 69 kiloqram çəki dərəcəsində finala adlayan Muhammed Rabii bu turnirdən əvvəl WSB liqası turnirində Olimpiadaya lisenziya qazandığından həmyerlimiz çempionatın üç vəsiqəsindən birinə yiyələnib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov