Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Cüdoçularımız yarışlarda qızıl və bürünc medallara sahib olublar

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yeniyetmə cüdoçuları beynəlxalq turnirlərdən uğurla qayıdıblar.

Polşanın Varşava şəhərində keçirilmiş turnirə 25 ölkədən 1200-dən çox idmançı qatılıb. Yarışda ölkəmizi 13 nömrəli İOEUGİM-nin 12 cüdoçusu təmsil edib. Turnirdə 46 kq çəkidə Çingiz Fəttahov, 55 kq çəkidə Əkbər Quliyev və İlqar Habilov 3-cü yeri tutaraq bürünc medala layiq görülüblər.

Turnir başa çatdıqdan sonra cüdoçularımız  olimpiya və dünya çempionu Voldemar Leqiyenin rəhbərliyi altında keçirilmiş 3 günlük təlim-məşq toplanışında iştirak ediblər.

Digər bir beynəlxalq turnir Rusiya Federasiyasının İrkutsk şəhərində keçirilib. 12 ölkədən 250 idmançının qatıldığı həmin yarışda respublikamızı təmsil edən cüdoçularımızdan Tofiq Məmmədov 60 kq çəkidə, Paşa Əliyev isə 73 kq çəkidə 1-ci yeri tutaraq qızıl medal qazanıblar.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov