“Ümumdünya kosmos həftəsi” çərçivəsində məktəblilər
arasında maarifləndirmə aksiyaları keçirilib.
Astrofizika üzrə mütəxəssislər Bakı və Sumqayıt
şəhərlərinin orta məktəblərində təhsil alan 300-ə qədər
şagirdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin
dərnək üzvlərinə kosmosa, astronomiyaya aid maraqlı
mühazirələr oxuyublar. Maarifləndirmə tədbirlərində ali
məktəb tələbələri də iştirak ediblər. Mövzuya aid
filmlər nümayiş etdirilib, interaktiv müzakirələr
aparılıb. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda
məktəblilərin iştirakı ilə astronomik gecə təşkil olunub
və teleskoplar vasitəsilə ulduzlu səma müşahidə edilib.
Ödənişsiz keçirilən tədbirin iştirakçılarına “National
Geographic” jurnalları və digər hədiyyələr təqdim olunub.
AZƏRTAC xəbər verir ki, BMT tərəfindən hər il bütün
dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi”
çərçivəsində keçirilən bu tədbirlər Təhsil Nazirliyinin
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi,
Elmin İnkişafı Mərkəzi, Tusi-Bohm Planetariumu və
“EkoSfera” təşkilatı tərəfindən reallaşdırılıb. |