Azərbaycan Xalça Muzeyində “İstedadlı əlillər”
İctimai Birliyinin keçirdiyi “Mənim dünyam” adlı
sərgi-yarmarkasını həyəcansız seyr etmək mümkün deyildi.
Muzeyin direktoru Röya Tağıyevanın tədbirdə çıxışı
istedadlı əlillərin əl işlərinə diqqətlə yanaşıldığını,
onların vaxtında aşkar olunub geniş auditoriyalara
təqdim olunduğunu bir daha sübut etdi. O bildirib ki,
Xalça Muzeyi məhdud imkanlı insanların cəmiyyətə
inteqrasiyasına, onların sosial və maddi rifahının
yaxşılaşdırılmasına daim öz töhfəsini verir.
Qeyd edək ki, “İstedadlı əlillər” İctimai
Birliyi ikinci dəfədir ki, belə bir sərgi təşkil edir.
Mərasim başa çatdıqdan sonra incəsənət ustalarının və
istedadlı əlillərin ifasında konsert proqramı təqdim
olunub.
Sonda Azərbaycan Xalça Muzeyi tərəfindən məhdud
imkanlı iştirakçılar diplom və fəxri fərmanla təltif
ediliblər. Üç gün davam edən satış-sərgidə ümumilikdə
25 müəllifin 300-dək əl işləri - taxtadan oymalar,
xovlu-xovsuz xalçalar, toxumalar, yağlı boya ilə
işlənən rəsmlər və digər nümunələr təqdim olunub.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |