Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Şagirdlərin fiziki sağlamlığı ilə bağlı layihənin təqdimatı olub

 

Böyütmək üçün seçinOktyabrın 15-də Təhsil Nazirliyi, “British Council” və “Bakcell” şirkətinin tərəfdaşlığı ilə “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə və ibtidai sinif müəllimlərini müvafiq fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etməkdən ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bədən Tərbiyəsi və İdman Akademiyası, UNİCEF, “British Council”, “Bakcell” şirkəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bu istiqamətdə orta təhsil məktəblərini əhatə edən silsilə işlər görülür.

“British Council”un Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt britaniyalı mütəxəssislər tərəfindən hazırlanan TOPs proqramının inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərində iştirakına əlavə imkanlar yaratdığını bildirib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov