Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

İtaliya mətbuatında təhsil naziri Mikayıl Cabbarovun bu ölkəyə səfəri ilə bağlı yazılar dərc olunub

 

Sentyabrın 29-da Milan şəhərində keçirilən Azərbaycan-İtaliya Universitetlərarası Forumu İtaliya mətbuatında geniş şərh olunub. Yerli mətbuat forumun iki ölkə arasında təhsil əlaqələrinin  inkişafına yeni töhfə verəcəyini  qeyd edir.  Ölkənin Geopolitica.info saytı  iki ölkənin təhsil qurumlarının, ali məktəb rəhbərlərinin iştirakı ilə keçirilmiş forum çərçivəsində aparılmış debatlar barədə geniş məlumat verib. Məqalədə  tədbirin əhəmiyyəti, Azərbaycan və İtaliya universitetləri  arasındakı əlaqələrin daha da artırılması, tələbə mobilliyi, birgə layihə və tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə  məlumat verilir.  Forumun əhəmiyyətindən danışarkən  məqalə müəllifi  Françesko Montanino  haqlı olaraq qeyd edir ki,  təhsil və mədəniyyət  artıq ölkələr arasında əlaqələrin inkişafında  iqtisadi və digər strateji alətlər kimi güclü təsir vasitəsinə çevrilməkdədir.  Məqalədə forumda iki ölkənin akademik təhsil qurumlarının  - Bakı, Roma, Breşia, Venetsiya və Neapoldan olan universitetlərin rəhbərlərinin ilk dəfə olaraq ən  yüksək səviyyədə təmsil olunduğu vurğulanır.  Məqalədə təhsil naziri Mikayıl Cabbarovun, İtaliyanın Təhsil, Universitetlər və Tədqiqatlar Nazirliyinin ali təhsilin beynəlmiləlləşdirilməsi departamentinin müdiri Federiko Cinquepalminin, Roma La Sapienza Universitetinin rektoru Antonello Biacininin, Roma Tre Universitetinin rektoru Mario Panizzanın, Brescia Universitetinin prorektoru Maurizio Memonun və digər iştirakçıların  çıxışlarından sitatlar gətirilir və tədbirin hər iki ölkənin təhsil sistemi arasında  təcrübə mübadiləsi aparmaq baxımından önəmi vurğulanır. 

Qeyd edək ki,  İtaliyanın bir sıra digər xəbər saytlarında da forumla  bağlı məqalələr yayılıb. “ANSA” agentliyinin saytında yerləşdirilmiş yazıda ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində yaxşı əlaqələrin olduğu diqqətə çatdırılır. Vurğulanır ki, bu gün 300-dən çox azərbaycanlı tələbə İtaliyanın aparıcı universitetlərində təhsil alır. “Opinione pubblica” xəbər saytının “Azərbaycan-İtaliya Universitetlərarası Forumu: böyük mədəni uğur” sərlövhəli yazısında tədbirin hər iki ölkənin akademik dairələrinin nüfuzlu nümayəndələrini bir araya gətirdiyi vurğulanır.  Diqqətə çatdırılır ki, bütün sahələrdə yüksək səviyyədə olan münasibətlərimiz ali təhsil sektorunda da güclənməkdədir.  İtaliyanın “Il Primato Nazionale” xəbər saytı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsindən bəhs edir.  Romada keçirilmiş Azərbaycan-İtaliya Universitetlərarası Forumu bunun bariz nümunəsidir. Məqalədə tədbirdə iştirak etmək məqsədilə İtaliyada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun italiyalı həmkarı ilə görüşünə də toxunulur.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə  heyəti  sentyabrın 29-da Milanda Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak edib. Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələri genişləndirmək, yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə etmək, təcrübə mübadiləsi və birgə proqramlar həyata keçirmək imkanlarını dəyərləndirmək olub.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
   
Böyütmək üçün seçin Böyütmək üçün seçin

 

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov