Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

MDU-nun Bakı filialında görüş

 

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,  AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva  oktyabrın 9-da  Avrasiya Universitetləri Şurasının  (EURAS ) rəhbəri, professor Mustafa Aydınla görüşüb.  Professor Nərgiz Paşayeva qonağa rəhbərlik etdiyi  filialın  tədris fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Bakı filialı dünyanın aparıcı ali məktəbləri ilə sıx əməkdaşlıq edir.  Onların  arasında  Böyük Britaniyanın nüfuzlu  Oksford Universiteti ilə beynəlxalq əməkdaşlığı göstərmək olar. 

Öz növbəsində, professor Mustafa Aydın Avrasiya Universitetləri Şurasının fəaliyyəti barədə məlumat verib.  Onun sözlərinə görə,  EURAS  Avropa, Asiya və Yaxın Şərqin 60 universitetindən ibarətdir.  Qonaq qeyd edib ki,  Şuraya daxil olan təhsil müəssisələri öz aralarında  tələbə və müəllim mübadiləsi, konfranslar, seminarlar, tədris proqramlarının işlənməsi üzrə  müxtəlif  layihələr həyata keçirirlər. 

 Görüşdə həmçinin  EURAS  və MDU-nun Bakı filialı arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.  Sonda  EURAS-ın  rəhbəri Mustafa Aydın  professor Nərgiz Paşayevanı  ali məktəb rektorları şurasının İstanbulda keçiriləcək  4-ci forumuna dəvət edib.  Forumda iştirak edən universitet rəhbərləri  ali məktəblər  arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsini əsas məqsəd kimi müzakirə edirlər.  

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov