Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Azərbaycan  Respublikasının  Təhsil  Problemləri  İnstitutu 2015-ci il üçün
fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə qəbul elan edir

 

Doktoranturaya qəbul və dissertanturaya təhkimolunma Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  2010-cu il  01 iyul  tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş  "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun olaraq həyata keçirilir.

1. Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

2. Doktorantura və dissertanturaya qəbul  üçün aşağıdakı sənədlər  təqdim edilir:

- ərizə (institut direktorunun adına);

- kadrların şəxsi qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- iş yerindən xasiyyətnamə (işləyənlər üçün);

- 3 ədəd foto şəkil (3x4 ölçüdə);

- əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);

- çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş  ixtisas üzrə referat;

- ali təhsil  müəssisəsini bitirmək haqqında diplom və diploma əlavənin müvafiq (notarial)  qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası  və xarici  ölkə vətəndaşları  üçün  təhsil  haqqında  sənədlərin  tanınması barədə   şəhadətnamə); 

- şəxsiyyəti təsdiq edən sənəd şəxsən təqdim edilir, surəti isə digər sənədlərə əlavə olunur.

 

Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertanturaya təhkim olunmaq istəyənlərlə müsahibə keçirilir.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi" elmi (alimlik) dərəcəsi olan və buna uyğun diplomun müvafiq qaydada təsdiq edilmiş surətini təqdim edən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Həmin şəxslərlə müsahibə keçirilir.

Doktoranturaya sənədlərin qəbulu 2015-ci il   noyabr ayının 7-dək, qəbul imtahanları və müsahibə  2015-ci il noyabr ayının 10-dan dekabr ayının 10-dək keçiriləcəkdir.

Sənədlər Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva  küçəsi, 96) elmi-pedaqoji kadr hazırlığı şöbəsində (I mərtəbə, otaq 7) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10.00-dan axşam saat 17.00-dək qəbul olunur.

Daha ətraflı məlumat almaq istəyənlər (012) 493-82-71; (012) 493-96-21 nömrəli telefonlara zəng etməklə əldə edə bilərlər.  

DİREKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov