Azərbaycan Kikboksinq Federasiyasının, Suraxanı rayon
gənclər və idman idarəsinin və "Şindi" idman klubunun
birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman
Kompleksində uşaq və yeniyetmələrdən ibarət kikboksinq
idman növü üzrə yarış keçirilib. Azərbaycan Kikboksinq
Federasiyasının məlumatında bildirilir ki, iyirmidən
çox klubu təmsil edən 245 kikboksçunun mübarizə apardığı
yarışda fəxri kürsünün ən yüksək pilləsinə "Şindi"
klubunun idmançıları qalxıblar. İkinci yerdə "Gəncə",
üçüncü pillədə isə "Qarabağ" klublarının idmançıları
qərarlaşıblar.
Qaliblər medal və qiymətli hədiyələrlə
mükafatlandırılıblar. |