Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Tələbələrimiz uğur qazanıb

 

Rusiya Federasiyasının Həştərxan şəhərində RF-in Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə "Qızıl çölün səsləri" adlı V beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçirilib.  Festivalda  ölkəmizi Azərbaycan Milli Konservatoriyasının tələbələri-Cahandar Xanlarov və Ağayar Xanlarov (instrumental ifa) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Azər Səlimli (xanəndəlik) təmsil edib.

200-dən artıq iştirakçısı olan festival-müsabiqədə beynəlxalq münsiflər heyətinin qərarı ilə Ağayar Xanlarov və Cahandar Xanlarov "ənənəvi xalq çalğı alətləri" nominasiyası üzrə müvafiq olaraq I və II dərəcəli,  Azər Səlimli isə "solo oxuma" (xalq mahnıları) nominasiyası üzrə  III dərəcəli diploma və laureat adlarına layiq görülüblər.

Eyni zamanda Azərbaycan nümayəndə heyətinin üzvlərinin iştirakı ilə "Astraxan-24" yerli televiziya kanalı üçün veriliş hazırlanıb, ölkəmizin təmsilçiləri qala konsertdə iştirak edib, habelə ustad dərsləri veriblər. 

Sifai SƏFƏROVA, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov