"Naxçıvan"
Universitetinin idarəetmə fakültəsinin tələbələrinin
iştirakı ilə keçirilən konsertdə tədbirin aparıcıları
öncə müəllimliyin şərəfli bir peşə olmasından
danışıblar. Bildirilib ki, hansı ölkədə fəaliyyət
göstərmələrindən asılı olmayaraq, müəllimlər cəmiyyətin
ən nüfuzlu, ən mötəbər insanlarıdır. "Mən müəllim
adından yüksək ad tanımıram" deyən ulu öndər Heydər
Əliyev aradan uzun illər keçməsinə baxmayaraq, ona dərs
deyən müəllimlərin adlarını, soyadlarını hər zaman
xatırlamış, onlar haqqında səmimiyyətlə danışmış, hörmət
və ehtiramını bildirmişdir. Ölkə başçısı İlham Əliyevin
milli elm və təhsilin inkişafı problemlərinin həlli
istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu
öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır.
Aparıcılar onu da vurğulayıblar ki, müəllim əməyi
dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.
Tədbirin bədii hissəsində tələbələrin ifasında
vətənimizə, yurdumuza həsr olumuş musiqi nömrələrinin
səsləndirilməsi alqışlarla qarşılanıb. Tədbirə
universitetin rektoru, professor İsmayıl Əliyev yekun
vuraraq tədbirin təşkilatçılarına minnətdarlığını
bildirib, müəllim əməyinə göstərilən yüksək qayğıdan
danışıb.
Nuray ƏSGƏROVA |