Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Bilik Fondu Poltava liseyində mühazirə təşkil edib

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə İ.P.Kotlyarevski adına Poltava şəhər 1 nömrəli çoxprofilli liseyində Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin müdiri, fəlsəfə doktoru, dosent Y.K.Alxasovun "Azərbaycan multikulturalizmin mərkəzidir" mövzusunda mühazirəsi keçirilib. Mühazirəçi liseyin müəllim və şagirdlərini Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq barədə məlumatlandırıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda multikultural mühitin yaradılmasındakı rolundan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətdə tolerantlıq prinsiplərinin möhkəmlənməsinə yönəlmiş diqqət və daimi qayğısından, dövlətin ölkədə uğurla həyata keçirdiyi multikulturalizm siyasətindən, həmçinin müasir Azərbaycanın tarixi, iqtisadi və mədəni həyatından geniş söhbət açıb. Mühazirə-təqdimat canlı ünsiyyət, auditoriya ilə maraqlı söhbət şəraitində və Bakı haqqında videoçarxın nümayişi ilə keçirilib. Mühazirədə liseyin direktoru, Ukraynanın əməkdar maarif işçisi N.A.Vverqal, direktor müavini, ali kateqoriyalı müəllim Y.V.Kril, hüquq müəllimi E.Q.Fisun iştirak ediblər.

Lisey kitabxanasına Azərbaycan-Ukrayna mədəni, təhsil və ədəbi əlaqələrindən bəhs edən və Bakı Slavyan Universitetində nəşr olunmuş kitablar hədiyyə edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov