Oktyabrın
5-də Gəncə Dövlət Universitetində Beynəlxaq Müəllimlər
Günü təntənəli şəkildə qeyd olunub. Dövlət himni ilə
başlayan tədbiri universitetin rektoru, professor Yusif
Yusibov giriş sözü ilə açaraq Beynəlxalq Müəllimlər
Gününün tarixinə qısa bir nəzər salıb, bu günün bütün
dünyada qeyd edildiyini vurğulayıb. Bildirib ki,
universitet əməkdaşlarının da belə bir əlamətdar günü
böyük iftiuxarla qeyd etməyə haqları var. Professor
Y.Yusibov bütün əməkdaşları təbrik edib, onlara möhkəm
cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb.
Sonra rektor dövlətimizin, xüsusən də Prezident İlham
Əliyevin, Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun
və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın müəllimlərə göstərdikləri qayğıdan, tədrisin
keyfiyyətinin yüksəldilməsi üçün dünya standartlarına
uyğun maddi-texniki bazanın yaradılmasından bəhs edib,
universitetin də bu inkişafdan kifayət qədər
bəhrələndiyini nəzərə çatdırıb.
Rektorluq tərəfindən universitet əməkdaşlarının bir
qrupu təşəkkürnaməyə, fəxri fərmana, bir qrupu isə
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi tərəfindən pul mükafatına layiq görülüb.
Bədii hissədə maraqlı musiqi nömrələri, kiçik tamaşalar
tədbiri daha da canlandırıb.
Tədbirin sonunda professor Yusif Yusibov bədii hissənin
hazırlanmasında xüsusi zəhməti olan Tələbə Şurası
Təşkilatının sədri Əfsanə Mövlayeva və Musiqi fənləri
kafedrasının baş müəllimi Nüşabə Seyfullayevaya,
həmçinin iştirakçı tələbələrə öz təşəkkürünü bildirib.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |