Oktyabrın
9-da
Şəmkir
şəhər
Nizami
Gəncəvi
adına
tam
orta
məktəbin
açılış
mərasimi
keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Şəmkir Rayon
İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayonun
təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə məktəbin binası ilə tanış olublar.
Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən tikilən 640
şagird yerlik Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta
məktəbin inşasına ötən ilin dekabr ayından başlanılıb.
Cəmi 10 aya yüksək keyfiyyətlə tikilən məktəbdə 26 sinif
otağı, 2 kimya, 2 biologiya və 2 fizika laboratoriyası,
2 əmək təlimi otağı, kompüter otağı, distant təhsil
sistemi üçün 2 tədris otağı, akt zalı, idman zalı,
kitabxana və futbol meydançası var. Məktəb binasına
videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri
quraşdırılıb, internet və telefon xətləri çəkilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək
bildirib ki, son 12 ildə Azərbaycanda 3000-dən artıq
ümumtəhsil müəssisəsi tikilib və əsaslı təmir olunub.
Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması
ölkə Prezidentinin təhsil sahəsinə olan yüksək diqqət və
qayğısının bariz nümunəsidir. Bu diqqətin sayəsində
artıq ölkəmizin bütün rayon və şəhərlərində yeni-yeni
məktəb binaları tikilir, təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində
davamlı tədbirlər həyata keçirilir. Yeni istifadəyə
verilən bu məktəbdə də yüksək keyfiyyətli təhsil almaq
üçün bütün şərait nəzərdə tutulub.
Sonda rayonun təhsil ictimaiyyəti və bu təhsil ocağının
pedaqoji kollektivi ilə söhbət aparılıb.
www.edu.gov.az |