Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı
kadrların hazırlanmasında xidmətlərinə görə aşağıdakı
şəxslərə "Əməkdar elm xadimi" fəxri adı verilsin:
Hümbətov Ramiz Topuş oğlu
Hüseynov Telman Əlihüseyn oğlu
Məmmədov Havar Əmir oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2015-ci il |