Xəzər Universiteti Dünya Məktəbinin idman zalında
keçirilən kunq-fu coriyo üzrə respublika çempionatı sona
çatıb. Yarışda 5 komandanın 100-ə yaxın idmançısı
qüvvəsini sınayıb.
"Neftçi" İdman Klubunun 14 nəfərdən ibarət uşu komandası
da çempionatda təmsil olunub və yüksək nailiyyətlər əldə
edərək taolu üzrə komanda hesabında 1-ci yeri tutub.
Yarış ənənəvi olaraq 4 yaş qrupunda keçirilib (12-15,
15-18). Klubun yetirmələri müxtəlif döyüş texnikaları
üzrə mübarizə apararaq 12 qızıl və 5 gümüş medala
yiyələniblər. Onlardan Ruzi Vəliyev, Məlik Cəfərov, Fuad
Cəfər və Zahid Vəliyev bütün döyüşləri qələbə ilə başa
vuraraq çempionluq sevinci yaşayıblar.
Xanım idmançılardan isə Aytən Vəliyeva, Elnarə Qarayeva,
Gültəkin Allahverdiyeva, Leyla Əzizova və Gülsiyyə
Novruzova eyni uğuru təkrarlayıblar. |