Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid
Behbudov adına Mahnı Teatrında gənclərin vətənpərvərlik
klubları arasında "Breyn-rinq" intellektual oyunu
keçirildi. Ənənəvi olaraq təşkil olunan tədbirdə Baş
idarənin rəis müavini Aydın Yusifov, rayon idarələrinin
rəhbərləri və nümayəndələri, iştirakçı komandalar və
gənclər iştirak ediblər.
Baş idarənin rəis müavini A.Yusifov gənclərə
tövsiyələrini verərək, iştirakçılara uğurlar arzulayıb.
Yarışda 11 rayonun komandası mübarizə aparıb və I yerə
Nərimanov rayon, II yerə Yasamal rayon, III yerə isə
Sabunçu rayon komandaları çıxıblar.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan
Gəncliyi Dövlət Proqramının (2011-2015-ci illər) icrası,
yeniyetmələrin intellektual və mədəni səviyyəsinin
inkişafı, asudə vaxtlarının səmərəli təşkili,
mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin,
dinimizin, torpağımızın tarixini daha da dərindən
öyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək,
dünyagörüşlərini genişləndirməkdən ibarətdir. Qalib
komandalar Baş idarə tərəfindən qiymətli hədiyyələr və
diplomlarla təltif olunublar. |