Bakı
şəhəri üzrə ümumtəhsil məktəblərinin fiziki tərbiyə
müəllimləri üçün təlimlər keçirilib.
Azərbaycan Badminton Federasiyası və "Təhsil" Respublika
İdman Mərkəzinin birgə təşkilatçılığı ilə dərsdənkənar
vaxtlarda keçirilən təlimlərin məqsədi fiziki tərbiyə
müəllimlərini badminton idman növü üzrə məşq prosesi
aparmağa hazırlamaq olub.
Təlimlərdə 14 ümumtəhsil məktəbinin fiziki tərbiyə
müəllimi iştirak edib.
Badminton üzrə Azərbaycan yığma komandasının baş
məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq
prosesinin elementləri ilə tanış edib, onlara bu idman
növü üzrə qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər
barədə ərtaflı məlumat veriblər.
www.edu.gov.az |