Bakı
Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər
çempionatı keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
keçirilən yarışda Neftçi İKİB, Məhsul İC, AzDBTİA,
Təhsil RİM, 5 saylı İOEUGİM, SMF-nın idmançıları
mübarizə aparıblar. Nəticələrə görə qadınlar arasında I
yerə 1 km məsafədə Aida Hacıyeva (Məhsul İC), 2 km
məsafədə I yerə Özləm Əmircanova (Təhsil RİM), 4 km
məsafədə I yerə Aynur Əsgərova (5 nömrəli İOEUGİM), 6 km
məsafədə I yerə Nailə Novruzova (Təhsil RİM), kişilər
arasında 2 km məsafədə I yerə Rüstəm Səyidov (Təhsil RİM),
3 km məsafədə I yerə Nail Rzayev (Neftçi İKİB), 6 km
məsafədə I yerə Andrey Aranoviç (Məhsul RİM), 10 km
məsafədə I yerə Tural Sadıqlı (AzDBTİA), komanda
hesabında isə I yerə Təhsil RİM, II yerə 5 saylı İOEUGİM,
III yerə isə Məhsul İC layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş idarə tərəfindən
müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə
mükafatlandırılmışlar. Onu da qeyd edək ki, I-III
yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il
tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan
çempionatına vəsiqə qazanmışlar. |