Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

İngilis dili dərslərinin tədrisində layihələr metodunun rolu

 

İnformasiya  cəmiyyətinin müasir təhsilin qarşısında qoyduğu məqsəd və vəzifələri getdikcə dəyişir, ənənəvi metodlar innovasiyalarla əvəz olunur. Bu isə  XXI əsr şagirdlərinin intellektual səviyyəsinin inkişafını, şagird fəaliyyətinin izlənməsini, ətraf mühitin öyrənilməsi üçün tapşırıqların çoxalmasını nəzərdə tutur.  

Layihə metodu prinsip etibarilə dünya pedaqogikasında  yenilik deyil. Bu, XX əsrin sonunda ABŞ-da  meydana gəlib (onu Problem  metodu da  adlandırırlar). Bu metod amerikan filosofu və pedaqoqu  C.Dyui və  onun şagirdi V.X.Kilpatrik tərəfindən irəli sürülmüş fəlsəfəyə və təhsilin humanist ideyalarına əsaslanır. Layihə metodunun əsas məqsədi- şagirdlərin idrak və yaradıcılıq bacarıqlarının inkişafı, mənəvi dəyərləri  dərk etmələridir. Bu sonralar onlara  müstəqil düşünsə, vacib qərarlar qəbul etmək, ciddi problemləri  tək və qrup şəklində aradan qaldırmaq vərdişlərinin formalaşmasına imkan yaradır. Tədris prosesində müəllimin rolu kifayət  qədər vacib   və məsuliyyətlidir, lakin bununla yanaşı ənənəvi metoddan fərqlidir. Bu metod şagirdlər arasında daha çox sevilir. Xüsusilə   ingilis dilinin tədrisində bu metodun səmərəsi əvəzolunmazdır. Belə ki,  dərs dediyim şagirdlər Avropa ölkələrində yaşayan  həmyaşıdları  ilə onlayn (online) görüşərək, birgə işlədikləri layihələrin araşdırmalarını müqayisə edir, həmkar yoldaşlarının fikirlərini dinləyir, eyni zamanda dil vərdişlərini   inkişaf   etdirmiş olurlar.     Müəllim işlədiyim müddətdə şagirdlərimlə  bir çox layihələrdə iştirak etmişəm. Uğur qazanan layihələrimiz sırasında "Castles and History" ("Qalalar və Tarix"), "Health İssues among teenagers in European countries"("Avropa ölkələrində yaşayan yeniyetmələrin sağlamlıq problemləri"),  "Let"s dress a European citizen" ("Gəlin, Avropa vətəndaşını geyindirək") şagirdlərin ən çox əmək sərf etdiyi layihələrindəndir.

"Castles and History" layihəsinin əsas məqsədi həmkar olan ölkələrin 3 qədim qalasının tarixini araşdırmaq, tikilmə səbəblərini  müəyyənləşdirmək, həmin qalalara baş çəkmək, öyrəndiklərini qarşı tərəfin şagirdlərinə   təqdim etməkdən ibarət olmuşdur. Layihədə  Polşa, Fransa, İrlandiya və Yunanıstan  şagirdləri əməkdaşlıq etmişlər. Layihə  bir il  müddətində  həyata keçirilmişdir. Dərs dediyim VII sinif şagirdləri də  avropalı  həmyaşıdlarına "Qız Qalası", "Gələrsən, görərsən" qalaları və " Mərdəkan" qəsri haqqında tarixi   məlumatlar vermiş, eyni zamanda Fransanın "Castlenaud" qəsri, İrlandiyanın "Blarney" qalası, Yunanıstanın "Monevmasia" Qala şəhərciyinə virtual səfərlər etmişlər. Layihə  boyunca hazırlanan bütün təqdimatlar,  şagirdlərin hazırladıqları divar qəzetləri beş ölkənin ümumi görüş yeri olan  www.castlesandhistory.wweebly.com  internet səhifəsinə yerləşdirilmişdir. Ötən tədris ilində   şagirdlərimin "online" görüşləri olmuş, həmkar  məktəblilər öyrəndiklərini bir-biri ilə   paylaşmışlar.      Bu da,  öz növbəsində,  dərs  dediyim  şagirdlərin ingilis dilində sərbəst şəkildə  öz fikirlərini ifadə etməsinə, müstəqil düşüncə bacarıqlarının inkişafına  böyük təsir göstərmişdir. 

Natəvan BƏDƏLOVA,
Bakıdakı Heydər Əliyev adına liseyin ingilis dili  müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov