Bu barədə universitetdə dərs ilinin başlanması ilə
əlaqədar ənənəvi olaraq keçirilən tədbirdə məlumat
verilib. Qafqaz Universitetinin mətbuat şöbəsindən
aldığımız məlumata görə, rektor, professor Ahmet Saniç
qeyd edib ki, umummilli lider Heydər Əliyevin
xeyir-duası ilə açılan Qafqaz Universiteti ölkəmizin
nümunəvi təhsil ocaqlarından biri kimi fəaliyyətini
davam etdirir. Hər il təhsil almaq üçün universitetə
xaricdən onlarla tələbə üz tutur. Türkiyə, Rusiya,
Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, İran, Küveyt, Koreya, Ukrayna, Peru,
İndoneziya, Miyamma, Yəmən, Çad, Mozambik kimi
ölkələrdən gələn tələbələr universitetə rəngarənglik
gətirir. İş dünyası ilə əlaqələrdən, məzunlarının 67
fərqli ölkədə əmək fəaliyyətini və təhsilini davam
etdirməsindən və universitetin gələcək planlarından
danışan professor Ahmet Saniç bu il TQDK-nın keçirdiyi
qəbul imtahanlarında Qafqaz Universitetini seçən
tələbələr haqda da məlumat verib. Bildirib ki, 2015-ci
ildə 2-si 700, 259-u 600-dən yuxarı bal toplayan 261
tələbə, pedaqoji ixtisaslar üzrə isə 500-dən yuxarı bal
toplayan 71 nəfər Qafqaz Universitetini seçib.
Tədbirdə yüksək balla Qafqaz Universitetinin tələbəsi
adını qazananlara universitet tərəfindən hədiyyələr
təqdim edilib. Universitetin tələbələrindən ibarət
özfəaliyyət qruplarının ifasında musiqilər və rəqslər
tədbirə bayram ab-havası bəxş edib.
Tədbirdən sonra tələbələrə Bakı Slavyan Universitetinin
dosenti Kifayət Hacıyeva tərəfindən Bilik Fondu və Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi əsasında
"Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi
banisidir " mövzusunda ingilis dilində seminar verilib.
Tələbələr seminarda dəyərli məlumatlar əldə etdiklərini
və maraqlandıqları suallara cavab aldıqlarını
bildiriblər. Fəlsəfə doktoru Kifayət Hacıyeva da belə
bir gündə fərqli bir tədbirin keçirilməsini təşkil edən
universitet rəhbərliyinə təşəkkürünü bildirib və
tələbələrin fəallığından razı qaldığını qeyd edib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |