Qazax
Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, tədbiri Mərkəzi Kitabxana
Sisteminin direktor müavini Münəvvər Süleymanlı açaraq,
Azərbaycan şifahi xalq yaradıcılığının bir qolu olan
nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji,
estetik tərbiyəsində çox böyük rol oynadığını qeyd edib.
Bildirib ki, nağıllar uşaqların ana laylasından sonra
birinci kitabıdır. Bu kitablarda hər bir uşağın kövrək
dünyasına xeyirli və şərli, ağıllı, müdrik və cəsarətli
möcüzələrlə dolu bir aləm açılır.
Tədbirdə uşaqlara "Şərq nağılları"ndan nümunələr oxunub.
Uşaqlar burada içərisində dünya xalqlarının nağılları da
olan kitablarla tanış olub və "Nağıl otağı"ndakı
personajlara və müxtəlif əl işlərinə maraqla baxıblar.
Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
sh.cafarov@muallim.edu.az |