Naftalanda
"Narkomaniyaya qarşı mübarizə, ağ ölümün törətdiyi
fəsadlar" adlı tədbir keçirilib.
Naftalan Rayon Təhsil Şöbəsindən məlumat verilir ki,
şəhərdəki orta məktəblərdə təhsil alan yuxarı sinif
şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şəhər
polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı
Mübariz Mehralıyev, şəhər icra hakimiyyətinin məsul
işçisi Afət Mustafayeva, yetkinlik yaşına çatmayanlarla
profilaktik işin təşkili qrupunun üzvü, polis leytenantı
Vasif Quliyev çıxış edərək narkotik maddələrə
aludəçiliyin törətdiyi acı nəticələrdən və ona qarşı
aparılan mübarizədən danışıblar.
Məktəb direktorları, şagirdlər çıxış edərək bu dəhşətli
xəstəliyin qarşısının alınması üçün dövlətin həyata
keçirdiyi tədbirləri yüksək dəyərləndirib, bu işdə
cəmiyyətin üzərinə düşən vəzifələrdən söhbət açıblar.
Tədbirdə iştirakçıların sualları da cavablandırılıb. |