Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Beynəlxalq Sülh Günü qeyd olunub

 

Böyütmək üçün seçinTarixdə indiyədək 14 min müharibə baş verib. Bu müharibələr nəticəsində 3,5 milyard insan həlak olub. Təəssüflər olsun ki, dünyanın bir sıra xalqları bu gün də müharibələrdən əziyyət çəkir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani sübutdur. Azərbaycan 20 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə cəlb edilib. Buna baxmayaraq ölkəmiz sülhməramlı siyasət həyata keçirir. İstər 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin atəşkəsin əldə olunması üçün ortaya qoyduğu iradə, istərsə də Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi üçün sülh yoluna sadiqliyi bunun bariz nümunəsidir.

Gəncə Şəhər Təhsil İdarəsindən aldığımız məlumatda bildirilir ki, bu fikirlər Azərbaycan Texnologiya Universitetində Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbirdə səslənib. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, professor Akif Süleymanov, eləcə də müəllim və tələbələr çıxış edərək ikili standartlardan və dünyada baş verən müharibələrin törətdiyi acı nəticələrdən danışıblar.

Sonda tədbir iştirakçıları universitetin həyətinə gələrək havaya sülh rəmzi olan göyərçinlər buraxıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov