Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Azərbaycan Dövlət İqtisad Universitetində

 

Professorlar üçün yeni qərar 

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan professorların təcrübəsindən tədris və təlim prosesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb.

UNEC-də 15 ildən yuxarı professor ştatında qüsursuz çalışan və universitetin elmi-pedaqoji həyatında mühüm xidmətləri olan 70 yaşdan yuxarı əməkdaşlar öz razılığı ilə məsləhətçi-professor vəzifəsini tuta bilərlər. Məsləhətçi-professor akademik və inzibati vəzifələrdən azad olunacaq.

Məsləhətçi-professorlar kafedrada aparılan elmi-tədqiqat işlərinə məsləhət verə, doktorantlara və iddiaçılara elmi rəhbərlik edə, elmlər doktoru olmaq istəyən tədqiqatçıların məsləhətçisi ola bilər. O cümlədən, dərslik, dərs vəsaiti, proqram və digər tədris-metodik materialların hazırlanmasında yaxından iştirak edə, rəy verə bilər.

Məsləhətçi-professorlarla əmək müqaviləsi 5 il müddətinə bağlanılır və onun vəzifə maaşı, əlavə ödənişlər, digər güzəşt və imtiyazlar saxlanılmaqla professor-müəllim heyətinin əməkhaqqı fondunun hesabına ödənilir.


Gənc müəllimlər işə başladı 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Gənc müəllimlər" layihəsi çərçivəsində 10 gənc müəllim işə başlayıb. "Gənc müəllimlər" layihəsinin məqsədi özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri UNEC-ə cəlb etməkdir.

Yaşı 30-a qədər olan magistr təhsilli gənclər arasında elan edilən müsabiqəyə 411 nəfər müraciət edib. Birinci mərhələdə 117 nəfər seçilərək, növbəti - müsahibə mərhələsinə dəvət olunub. Onların arasından seçilən 10 nəfər müəllim adını qazanıb.

Seçim zamanı xarici dil bilikləri olan, xaricdə təhsil almış və çalışmış gənclərə üstünlük verilib.  UNEC-də gənc müəllimlərin seçimi davam edir.


"İqtisadçı Gənclər Akademiyası" 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "İqtisadçı Gənclər Akademiyası" yaradılıb. Akademiyanın əsas məqsədi gənclərin iqtisadiyyatın müxtəlif sahələrində elmi tədqiqat bacarıqlarının artırılması və ictimaiyyət arasında təbliğidir.

Burada tələbələr iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmalar aparacaq, yerli və xarici şirkətlərin təcrübə proqramlarından yararlanacaqlar. Akademiyada həmçinin gənclərin iqtisadi biliklərinin artırılması məqsədi ilə elmi konfransların, "dəyirmi masa"ların, seminarların keçirilməsi nəzərdə tutulur.

Akademiyanın sədri UNEC-in iqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Hidayət Kərimovdur. 

Marketinq və kommunikasıya departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov