Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Azərbaycan Texniki Universitetində TEMPUS layihəsinin yekunlarına həsr olunmuş konfrans

 

Böyütmək üçün seçinSentyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Komissiyasının TEMPUS layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov "Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması" mövzusunda Avropa Komissiyasının TEMPUS layihəsinin yekunlarından danışıb. Rektor bildirib ki, bu əhəmiyyətli layihənin müvəffəqiyyətlə başa çatması universitetdə yüksəkixtisaslı mühəndis kadrların hazırlanması prosesini təkmilləşdirməyə xidmət edir.

Rektor vurğulayıb ki, Avropa İttifaqının Təhsil və Mədəniyyət üzrə Komissiyasının ilk layihələrindən biri 2001-2003-cü illərdə AzTU-da yerinə yetirilib. Bu layihə Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilib. Həmin layihə Azərbaycan Texniki Universitetində "Elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi" mövzusunda reallaşdırılıb. Layihə çərçivəsində Avropa standartlarına uyğun bakalavr və magistr təhsil səviyyəsində elektroenergetika, avtomatika və informasiya texnikası və avtomobillərin elektrik və elektron avadanlıqları ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib. Universitetdə TEMPUS Mərkəzi yaradılıb, müəllimlər seçilib və alman dili intensiv kursları təşkil edilib. Müəllimlər Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetinə ezam olunublar. Bu universitetlərin təcrübəli əməkdaşları layihəyə cəlb olunub və AzTU-nun müəllimləri ilə birgə iş aparıblar. Nəticədə Avropa standartlarına uyğun elektroenergetika, avtomatika və informasiya texnikası və avtomobillərin elektrik və elektron avadanlıqları bakalavr ixtisaslarının tədris planları hazırlanıb. Hər üç ixtisas üzrə tərəfdaş universitetlərin iştirakı ilə müasir tədris laboratoriyaları yaradılıb.

Avropa Komissiyasının monitorinq qrupu bu layihə üzrə görülmüş işləri müsbət dəyərləndirib və əldə edilən nəticələrin Azərbaycanın digər ali məktəblərində tətbiq olunmasını tövsiyə edib.

Hazırda Azərbaycan Texniki Universitetində yerinə yetirilən TEMPUS layihəsi üzrə bakalavr təhsil səviyyəsində iki ixtisasda 60 bakalavr və dörd magistrant təhsil alır.

Konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" kimi mühüm dövlət sənədlərində Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşdirilməsi ilə yanaşı, Azərbaycan təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara cəlb olunması əhəmiyyətli yer tutur.

Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri xanım Malena Mard, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Schoenfeld, layihənin əlaqələndiricisi, Köln Texniki Universitetinin professoru Reza Talebi-Dəryani, Azərbaycanda Erasmus+proqramlar ofisinin rəhbəri Pərviz Bağırov konfransda çıxış edərək Azərbaycan Respublikası ali məktəblərində Avropa Komissiyasının TEMPUS layihəsi ilə bağlı görülmüş işlərin əhəmiyyətindən danışıblar.

Köln Texniki Universitetinin (KTU) sabiq prezidenti, professor İoaxim Maysner AzTU-nun rektoru, professor Havar Məmmədova Avropa Komissiyasının TEMPUS layihəsinin həyata keçirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə KTU-nun senatı tərəfindən təsis olunmuş qızıl xatirə medalını təqdim edib.

TEMPUS layihəsində qarşıya qoyulan məqsədlərin uğurla yerinə yetirilməsinə görə Avropa İttifaqının Akkreditasiya Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetinə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə və Sumqayıt Dövlət Universitetinə iki bakalavr və üç magistr ixtisası üzrə akkreditasiya sertifikatları təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov