Sentyabrın 22-də Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov Belarus Respublikasının
Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Təhsil naziri səfiri bu vəzifəyə təyin olunması
münasibətilə təbrik edərək ölkələrimiz arasında mövcud
olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf
etdirilməsi sahəsində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycanla Belarus arasında təhsil
sahəsində əlaqələrin mövcud vəziyyəti və Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun gələcək
əməkdaşlıq perspektivləri müzakirə olunub. |