Sentyabrın
30-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Roma şəhərində İtaliya Respublikasının təhsil,
universitetlər və tədqiqat naziri Stefania Gianini ilə
görüşüb.
Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək
səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər
iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və
xalqlarımız arasında dostluğun gücləndirilməsinə
göstərdiyi diqqət xüsusilə qeyd edilib.
Azərbaycan-İtaliya Universitetlərarası Forumunun
müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə
əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında
əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi
vurğulanıb.
Həmçinin, nazirlər Azərbaycanla İtaliya arasında təhsil
sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil
müəssisələri arasında tələbə və professor-müəllim
heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin
həyata keçirilməsi perspektivləri və Azərbaycanda
italyan dilinin tədrisinə dəstək kimi məsələləri
müzakirə ediblər.
Qeyd edək ki, "Milan Expo 2015" Ümumdünya Sərgisi
çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş
Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak
etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi
ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali
təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə
heyəti İtaliyada səfərdə olub. |