Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr
2011-ci il tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş
"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların
Təsnifatı"nın qeydlər bölümünün 2-ci və "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Əmək bazarının tələbatını, habelə müəssisə və
təşkilatların (işəgötürənlərin) sifarişini nəzərə alaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31
oktyabr 2011-ci il tarixli 178 nömrəli Qərarı ilə
təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili üzrə
ixtisasların Təsnifatı"nın 030210 şifrəli ixtisasın
"Bərbərlik" qrupuna "Vizajist" ixtisası əlavə edilsin.
2. İlk peşə və orta ixtisas təhsili şöbəsi (Samir
Vəliyev) və Təhsil Problemləri İnstitutu (Qulu Novruzov)
əmrin birinci bəndində göstərilmiş ixtisasın müvafiq
tədris planının hazırlanmasını təmin etsin.
3. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində, "Sənətkar" jurnalında və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 sentyabr 2015-ci il |