Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı şəhər
çempionatı keçirilmişdir. Yarışda 9 nəfər idmançı
iştirak edib. Yarışlar 2 proqram üzrə - 100-120 sm və
120-140 sm hündürlüklərə tullanmaqla maneələrin dəf
edilməsi üzrə keçirilib. 100-120 sm hündürlüyə tullanmaq
üzrə yarışda I yeri Səməd Əliverdiyev (Samur ləqəbli
atla), II yeri Rüstəm Hümbətov (Voltram ləqəbli atla),
III yeri Hüseyn Məmmədov (Voltram ləqəbli atla), 120-140
sm hündürlüyə tullanmaq üzrə yarışda I yeri Rüstəm
Hümbətov (Cerry Sanders ləqəbli atla), II yeri Cavidan
Qəhrəmanlı (Platin E ləqəbli atla), III yeri Rüstəm
Hümbətov (Voltram ləqəbli atla) tutublar.
Yarışın sonunda Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və
RAMBİOEUGİM-nin direktoru Kərim Zamanov qalibləri təbrik
edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər
arzulayıblar. Yarışda I, II və III yerləri tutmuş
idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif
olunublar.
Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |