Təl-Əviv
şəhərində kişi idman gimnastikası üzrə birinci Açıq
İsrail Kuboku keçirilib. AZƏRTAC xəbər verir ki,
idmançılarımız Oleq Stepko və Petro Paxnyuk bu yarışda
iştirak ediblər.
"Bakı-2015" birinci Avropa Oyunlarının qızıl medalçısı
O.Stepko çoxnövçülükdə 89 xal toplayaraq fəxri kürsünün
ən yüksək pilləsinə yüksəlib.
Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçı
P.Paxnyuk 4-cü yerdə qərarlaşıb. İkinci yerə Xorvatiya
idmançısı Filip Ude, üçüncü yerə isə podiumun sahibi
Aleksandr Şatilov layiq görülüb. O.Stepko halqalar və
paralel qollar üzərində hərəkətlərdə qızıl medal
qazanıb. Sərbəst hərəkətlərin icrası, həmçinin
gimnastika atı və turnik üzərində çıxışı isə ona gümüş
medal qazandırıb.
P.Paxnyukun isə sərbəst hərəkətlərdə bütün
iştirakçılardan güclü olduğu məlum olub.
Dayaqla tullanmada isə o, 3-cü yerə layiq görülüb. |